Ölkə

Türkiyə qəzeti Əli Həsənov haqqında ŞOK FAKTLAR YAYDI

Türkiyənin dövlət qəzetində prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çu olması barəsində material dərc olunub.

Analoq.az olduqca maraqlı məqamların yer aldığı həmin yazının tərcüməsini təqdim edir.

Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu səbəbdən də Azərbaycanda yaşananlar bizi də olduqca maraqlandırır.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyev ciddi kadr dəyişiklikləri gerçəkləşdirdi. Prezidentin köməkçisi Əli Həsənov tutduğu vəzifədən azad edildi. Görünür, Prezident Əliyev həyata keçirilən islahatlara müqavimət göstərən komandanı yeniləməyə ehtiyac duyurdu. Bu dalğada Azərbaycanda media, siyasi münasibətlər, QHT və iş dünyasını koordinasiya edən Əli Həsənov da işindən kənarlaşdırıldı.

Qəzet daha sonra yazır: İlham Əliyevin həyata keçirdiyi bu kadr islahatları Türkiyə baxımından da olduqca böyük önəmə malikdir. Türkiyənin Şərqə çıxışı, TANAP layihəsi və Türkiyədəki Azərbaycan investisiyası iki ölkə üçün strateji əhəmiyyətlidir. Bununla belə Azərbaycan hökuməti adından Türkiyədəki münasibətləri müəyyənləşdirən və tənzimləyən Əli Həsənov Azərbaycanda FETÖ ilə yaxın bağları olan və xarici güclərə söykənən bir fiqur idi.

Əli Həsənov uzun müddət Azərbaycanda FETÖ-nun ən önəmli ortaqlarından birinə çevrilmiş, bu işbirliyi 15 İyul çevrilişə cəhdindən sonra da davam etmişdir. Bunun təsdiqi kimi FETÖ-nun Azərbaycandakı televiziya kanalı olan “Xəzər” TV ilə Həsənovun bağlılığıdır. İlk vaxtlar Samanyolu TV-nin Bakı bürosu kimi fəaliyyətə başlamış “Xəzər” Tv “Bank Asya”-nın ayırdığı kreditlə yerli yayım kanalına çevrilmiş və Həsənovla ortaq olmuşdur.

17-25 dekabr aralığında Bakıya səfər edən FETÖ təmsilçisi Faruk Taban orada Əli Həsənovla görüşür. Bu görüşün nəticəsi olaraq FETÖ kadrlarının sözügedən kanalda yerləşdirilməsi təmin edildi.

Samanyolu TV-nin Türkiyədəki reklam departament rəhbəri Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı idi. Beləcə, FETÖ Xəzər Tv vasitəsilə Əli Həsənovla televiziya reklam gəlirlərinə də ortaq oldu.

İndi Əli Həsənov tutduğu vəzifədən azad edilib. Ancaq idarəçilikdə hələ də kadrlarının qalması, eyni zamanda nəzarət etdikləri böyük maliyyə vəsaitləri onları hələ də güclü edir.

Əli Həsənovun Avropada yaşayan bəzi trolları var. Bu adamlar youtube və sosial şəbəkələr vasitəsilə İlham Əliyev və onun hökümətinə qarşı qarayaxma kampaniyası ilə məşğuldur.

Türkiyə və Azərbaycan isə ətlə dırnaq kimidir. Talelərimiz eynidir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Bizim üçün önəmli olan İlham Əliyev və onun hökümətidir. Türkiyə hər bir situasiyada Azərbaycanın yanındadır.

Sözügedən məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.Anews.az

https://www.turkiyegazetesi.com.tr/yazarlar/cem-kucuk/615305

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button