Kriminal

Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən qadın tutuldu

Zərəçəkmişin 200 manat pul və şəxsi sənədləri olan çantası talanıb

Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən qadın tutularaq istintaqa cəlb edilib.
Analoq.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını talayıb.
O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.

Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button