Ölkə

Metroda qiymət artacaqmı?-AÇIQLAMA

Sosial məsafənin qiyməti

Son zamanlar ən çox eşitdiyimiz, oxuduğumuz deyimlərdən biri “sosial məsafə” anlayışıdır. Bütün alimlər, mütəxəssislər deyir ki, hələ uzun zaman sosial məsafə anlayışı ilə yaşayacağıq, davranış qaydalarımız bu anlayışa görə çox dəyişəcəyik.

Tamam da, bəs bu sosial məsafənin iqtisadi qiymətini kim ödəyəcək?! Dövlət və biznes buna hazırdımı?! Qiymətlər artacaqmı?! Sosial məsafənin bədəlini xalqmı ödəyəcək?! Bu sualların hələ cavabı yoxddur, həkimlər haqlı olaraq sosial məsafə tələb edir, amma bu addım çox bahalıdır, qiymətini kim və necə ödəyəcək – bu məlum deyil.

Məsələn: 1) Nəqliyyatda sosial məsafəni saxlamaq üçün avtobuslar və metro yarıboş çalışmalıdır, bunun üçün yüzlərlə yeni avtobus, metro qatarları alınmalıdır. Hökumət buna hazırdımı?! Alınacaq yeni avtobuslar və qatarlar nəqliyyatda gediş haqqına təsir edəcəkmi?! Metro rəhbərliyi zatən gediş qiymətinin 50 qəpik olması istəyir – koronavirus buna bahənə olamayacaq ki?! 2) Bərbərxanalar və gözəllik salonlarından sosial məsafə uyğulamaq tələb olunur, kreslolar arası məsafə geniş olmalıdır. Bu həmin obyektlərin dövriyyəsini 30-35% azaldacaq – bunun bədəlini kim ödəyəcək?! Tək çlxış qiymət artımı olacaq?! 3) Kafe və restoranlara da eyni qaydada sosial məsafə ayarı gətiriləcək, xub, masa sayı ən azı 30% azalacaq, hətta əvvəl bir masada 6-7 nəfər otururdusa, indi 3-4 nəfər oturacaq, deməli dövriyyə və gəlirləri ən azı 50% aşağı düşəcək – bu qiymət artımına gətirib çıxarmayacaqmı, və işçi sayının azalmasına səbəb olmayacaqmı?! 4) İdman zalları müştəri axınını ən azı 50% azaltmalıdır ki, sosial məsafə qorunsun – bu qiymətləri yüksəltməyəcəkmi?! 5) Bütün obyektlərin dezinfeksiya xərcləri ciddi artacaq, bu da ən azı 5% mal və xidmətlərin maya dəyərinə təsir edəcək, həmin xərclərdəmi millətin cibindən çıxacaq?!

Siyahını uzadaraq bura kinoteatrları, şadlıq saraylarını, hava limanlarını, təyyarələri və s. daxil etmək olar – bu alanlarda sosial məsafənin dəyərini kim ödəyəcək?! Dövriyyə və gəlirlər azalsa işsizlik artmayacaqmı?!

Belə çıxır ki, sosial məsafənin bədəlini daha çox müştəri ödəməli olacaq. Sadaladağım və hələ sonra önə çıxacaq əlavə xərclər onu deməyə əsas verir ki, sosial məsafə çox bahalı davranış qaydasıdır. Yükün altına dövlət də qirməsə xalqın cibinə ciddi ziyan dəyəcək. Hökumətimiz, bilirsiniz ki, “vizioner” deyil, həmişə problemlər yaranır, sonra onları çözməyə çalışır, yəni həmişə səbəblə deyil də, nəticə ilə məşğuldur. Bu gün qaldırdığım məsələ ətrafında ciddi kafa yormaq lazımdır, burda müzakirəyə başlayaq, hökumət də bəlkə oxuyub bir nəticə çlxarar. Dəqiq bilirəm ki, oxuyurlar, amma nəticə çıxaracaqlarmı – bundan əmin deyiləm…

P.S. Lütfən məni qəlbsiz, ürəksiz biri kimi təqdim edərək, “sosial məsafənin qiyməti insan həyatıdır”, tipli populist şərhlər yazmayın – mənim müzakirəyə çıxartdığım məsələ fərqlidir, reallıqdır…pravda.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button