Siyasət

Qərbin sərt təpkisi, ukraynalıların mübarizliyi rus şovinizminin qarşısını alacaqmı?

Uzun illər Qərbin dişsiz siyasəti, yumşaq sanksiyaları rus şovinizminin irəliləməsinə təkan verdi. və bu amillər Rusiyanın imperiya iddialarını daha da artırdı. Bu gün artıq ABŞ da, Qərb də anlayır ki, bu çox qorxulu tendensiyadır. Rusiyanın böyük iddiaları, hətta Kremldən bəzi siyasətçilər tərəfindən gorbagor olmuş SSRİ-yə bənzər qorxunc planların cızılması keçmiş sovet respublikarındakı xalqların narahatlığını artırıb. Təbii ki, böyük təlatümlər, itkilər hesabına qazanılmış müstəqillik hər bir xalqın əvəzolunmaz sərvətidir. Bundan heç kimin vaz keçməyəcəyi şübhəsizdir.

Hazırda Ukrayna problemi ilə bağlı Qərblə Rusiya arasında davam edən intensiv danışıqların mahiyyətində o durur ki, Rusiyanın belə planları birbaşa onun özünə ziyan vuracağı ehtimalı böyükdür. Artıq Şimal qonuşuz da yaxşı anlayır ki, 2008-ci ilin avqust ayı deyil. Xatırladırıq ki, o zaman Gürcüstanın işğalına, sonrakı dönəmlərdə Ukraynada bəzi ərazilərin Rusiya tərəfindən ilhaqı ilə bağlı dünya dövlətləri yalnız ənənəvi bəyanat səsləndirməklə kifayətlənmişdilər. Bu gün dünya tamamilə dəyişib. Onu da anlamaq olar hazırda Avropanın qaz asılılığı Rusiyanın təzyiq vasitələrindən biridir. Müşadilər göstərir ki, Avropa dövlətləri qaz təzyiqinə böyun əymək fikrində deyillər.

Digər bir zəruri məsələ ondan ibarətdir ki, ukraynalılar birmənalı şəkildə xarici təcavüzə qarşı səfərbər olmaqdadırlar. Həm hərbi, həm psixoloji baxımdan onlar bütün hazırlıqlarını davam etdirirlər. Ən müasir silahlarla təmin edilən Ukraynanın sona qədər dirəniş göstərəcəyi realdır. Nəhayət Rusiyanın böyük əhali kütləsinin belə qarşıdırmalara, öz övladlarını ölümə göndərməyə razılıq verəcəyi inandırıcı deyil.

Görünən odur ki, yeni dünya düzənində bütün proseslər Rusiyanın əleyhinə işləyir. Böyük itkilər, öz iqtisadiyyatına zərbə vurmaq, dünyada antirus meyllərinin gücləndirilməsi Rusiyaya dögurdanmı lazımdır? Yəqin ki, Kreml bu sualları saf-çürük edəcək. Narahatlıq doğuran, dünyanı sabitliyə və yaxud təlatümə aparacaq çox maraqlı proseslərin astanasındayıq.

Əkrəm Bəydəmirli

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button