Ölkə

Salyan sakini itkin düşüb

Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub:

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button