Ölkə

“Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində işlər davam etdirilir”-SPİKER

“Azərbaycan Ordusunun modernləşdirilməsi, hazırlığının yüksəldilməsi istiqamətində işlər davam etdirilir”. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər də planlı və ardıcıl şəkildə davam etdirilir: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button