Cəmiyyət

MCP – Onlar Azərbaycana ermənilərdən daha çox düşməndirlər – Ehtiram Mehtiyev

Mühacirlərin Brüsseldə Prezidentə qarşı etdiyi aksiya tərbiyəsizliyin pik həddidir. Bu siyasət deyil. Müxalifətçilik də deyil. Belə mübarizə olmur.

Siz Azərbaycana qarşı provakasiya ilə məşğulsunuz, sizi nə demokratiya, nə müstəqillik düşündürür. Prezident ölkənin simvoludur. Onu xarici dövlətdə kiçiltmək ölkəni və xalqı kiçiltmək deməkdir.

“Sapı özümüzdən olan baltalar” əllərinə düşən hər fürsətdə dövlətə qarşı ikinci cəbhə olurlar. Onlar bütün dövrlərdə Azərbaycana ermənilərdən daha çox düşmən olublar. Əgər onlar vətənpərvərdilərsə, 44 günlük Vətən müharibəsində şəxsi ambisiyalarını kənara qoyub ölkə üçün birlik göstərərdilər. Niyə Avropadakı etirazlara qoşulmadılar? Hardaydılar? Yoxsa erməni havadarları icazə vermədi? Bəli, onlar Ermənistanın və digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının sifarişi ilə konkret missiya həyata keçirirlər.

Pul müqabilində dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Saxta vətənpərvərliyinizi, Azərbaycana olan nifrətinizi xalq yaxşı bilir. Hesab edirəm ki, bu təhlükəni aradan qaldırmaq üçün bu cür saxtakarları ifşa etməliyik. Hər bir azərbaycanlını onların sosial şəbəkə hesablarını şikayət etməyə çağırıram.

Ehtiram Mehtiyev – Milli Cəbhə Prtiyasının sədr müavini

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button