Manşet

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin Mövlud Çavuşoğlu ilə görüşü olub

Aprelin 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

AŞPA-da nümayəndə heyətimizin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün bir nümunədir. O, əməkdaşlığımız və dostluğumuzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

https://www.meclis.gov.az/news.php?id=5425&lang=az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button