Siyasət

Robert de Niro Azərbaycan Silahlı Qüvvələr Fonduna 1 milyon dollar yardım edib

Tanınmış Hollivud ulduzu, amerikalı aktyor Robert de Niro Azərbaycan Silahlı Qüvvələr Fondunda bir milyon dollar yardım edib.Analoq.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Robert de Niro dünyanın iyirimidən artıq müxtəlif ölkələrdə fəaliyyət göstərən “Nobu” restoran və otellər şəbəkəsinin rəhbəridir.

Tanınmış aktyor Azərbaycan ordusuna bağışladığı pulu adıçəkilən restoran və otellər şəbəkəsinin gəlirindən keçirib.

Bir çox erməni fəalları Robert de Nironun bu addımına görə onu müxtəlif sosial şəbəkələrdə boykot etməyə çağırıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 17 Ortalama: 4]

Back to top button