Elm və təhsil

Rəfail Hüseynovun adını daşıyan 49 saylı intellekt məktəb-liseydə media nümayəndələri ilə görüş keçirilib – FOTOLAR

Səbail rayonunda yerləşən şəhid Rəfail Hüseynovun adını daşıyan intellekt məktəb -liseyin müəllim kollektivi ilə media nümayəndələrinin görüşü keçirilib.

Təhsil ocağının foyesində şəhidlərin abidəsi ziyarət edilib və önünə çiçəklər qoyulub. Təhsil ocağının direktoru Elza Bagirzadə şagirdlərin dərsə davamiyyəti, məktəbdə şagird davranış qaydaları, valideyn-müəllim münasibətlərindən geniş söhbət açıb.

Tədbir çərçivəsində media nümayəndələri idman zalını və dərs otaqlarını gəziblər. Məktəbdə yaradılan yüksək şərait qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Direktor Elza Bağırzadə qonaqlara bildirib ki, rəhbərlik etdiyi məktəbdə bu cür görüşlər mütəmadi kecirilir: “Məqsədimiz ümumiyyətlə məktəbdə tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin nailiyyətlərini artırmaq, lisey və təmayül siniflərində tədrisin səmərəliliyini artırmaq, sagird davranış qaydalarını, onların bilik və bacarıqlarını, intellekt səviyyəsini inkişaf etdirməkdir. ”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 4 Ortalama: 3.3]

Back to top button