Cəmiyyət

Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb. Bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında hərbi prokuror Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Qeyd olunub ki, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə, qeydə alınmayıb.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button