CəmiyyətElm və təhsil

700 manat əmək haqqı alan saxta direktorun əmlakları

Bir sıra saytlarda Şirvan şəhərı 13 saylı tam orta məktəbin direktoru Aynurə Rzayeva haqqında məlumatlar yayılıb. Biz də kanal olaraq həmin məlumatlara istinad edərək araşdırma apardıq. Məlum oldu ki , Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində 4 otaqlı mənzil, Leytenat Mahmud İbrahimov küçəsində 1 otaqlı mənzil, Xəqani küçəsində 50 kv metr ticarət obyekti, Mahir Mirzəyev küçəsində avtomobil təmiri sexi, Mahir Mirzəyev küçəsində 300 kv.met həyətyani torpaq sahəsi və deyilənə görə hələ Bakı şəhərəində bir neçə mənzili və obyektləri var. Bunları gələn yazımızda dərc edəcəyik. Keçək əsas məsələyə.

Aynurə Rzayeva heç direktorların qəbul imtahanından belə keçməyərək direktor vəzifəsində çalışır. Axı bu necə olur ?

Aynurə Rzayeva 2015 -ci ildə direktorların qəbul imtahanından saxta sənəd əldə edərək 13 saylı məktəbə direktor təyin olunmuşdur.Axı təhsil Nazirliyi buna necə göz yumub? Direktor təyin olunandan sonra vəzifəsindən sui istifadə edərək dövlətin qanunları ilə yox , öz qayda və qanunları ilə məktəbi idarə etməyə başlayıb.

Müəllimlərin əsas dərs saatlarından əlavə qanundan kənar dərs saatı yazaraq onlardan hər ay pul tələb edərək külli miqdarda vəsait toplamışdır. Hətta məktəbdə dövlət vəsaiti hesabına aparılan cari təmirdən də vəsaitlər əldə etmişdir. 2018- ci ildə Şirvan şəhərində ən böyük məktəblərdən biri olan 16 saylı tam orta məktəbə Təhsil Nazirliyinin rəsmi razılığı olmadan keçmiş təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyevin daxili saxta əmri əsasında 16 saylı məktəbə direktor təyin olunmuş, amma adı 13 saylı məktəbin direktoru vəzifəsində gedirdi. Bir adam necə iki məktəbi idarə edə bilər və əmək haqqını 16 saylıdan yox 13 saylı məktəbdən alır.16 saylı məktəbdədə burda mənəm Bağdadda kor xəlifə deyərək idarə etməyə başlamışdır.

Etibarlı mənbələrdən bildirirlər ki, 2018-2019 cu tədris ilində 16 saylı məktəbdə işləyərkən direktor səlahiyyəti olmaya -olmaya 9 və 11 ci siniflərin buraxılış şəhadətnamə və attestatlarına imza atmışdır.

Bu da müəllimlərin haqlı narazılıqlarına səbəb olmuş və kollektiv tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlanmış və göndərilərn şikayət məktubları şəhər təhsil şöbəsində Rövşən Allahverdiyev tərəfindən ört-bastır edilmişdir. Aynurə Rzayeva 16 saylı məktəbdə korrupsiyaya yol açaraq külli miqdarda vəsait toplamışdır.

Kollektivin şikayətləri əsasında Səlyan Regional Maliyyə idarəsi tərəfindən haqqlı olaraq 13 və 16 saylı məktəblərdə maliyyə yoxlanması aparılaraq 17 min manat dəvlət vəsaitin mənimsənilməsi aşkarlanmışdır.

Bununla bağlı maliyə idarəsi tərəfindən akt təetib olunmuş, lakin Rövşən Allahverdiyevin Aynurə Rzayevaya arxa dayaq çıxması Dövlətdən mənimsənilən vəsaitin bu günə qədər dövlətə geri ödənilməsi təmin edilməmişdir. İndi məlum oldu ki, saxta direktor vəzifəsində çalışan Aynurə Rzayeva bu qədər əmlakı necə əldə edib.

Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyev, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi,Elm və Təhsil naziri cənab Emin Əmirullayevdən xahiş edirik şəxsi nəzarətə götürüb yaxından araşdırasınız/Azerbaycanrealligi/AzTimes.az/

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 9 Ortalama: 4]

Back to top button