Elm və təhsil

“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” – Deputat

“Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb”. Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var: “Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinayında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button