Elm və təhsil

Müəllimlərin dərs yükü sertifikasiya nəticəsinə görə bölünəcək?

Müəllimlərin dərs yükünün bölünməsi məsələsi tez-tez gündəmə gəlir.

Bəs, görəsən, dərs yükü diaqnostik qiymətləndirmə yoxsa sertifikatlaşdırma imtahanına nəzərən aparılacaq?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayilbəyli bildirib ki, müəllimlərin dərs yükünün bölünməsi məktəbin pedaqoji şurasının ixtiyarındadır:

“Hələ ki, bütün fənlər üzrə sertifikatlaşma imtahanları yekunlaşmayıb.Ona görə də dərs yükünün məhz sertifikatlaşdırılması əsasında həyata keçirilməsinə qərar versək, digər müəllimləri qiymətləndirə bilməyəcəyik. Bu səbəbdən də dərs yükünün bölgüsü müəssisə daxilində həll olunmalıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button