BannerCəmiyyət

İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? – Müğənni Nura Suri Bulvar İdarəsindən şikayətçidir

Müğənni Nura Suri Dənizkənarı Bulvar İdarəsindən şikayətçidir.O bu barədə feysbukda paylaşım edib.

Sənətçinin sözlərinə görə, bulvarda rahat gəzmək mümkün deyil: “Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil.

Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər.

Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur.

Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu çimərliklərdi, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar.

İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar.

Gündə yolları bağlayıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs – öz həyətində də (anında “parkovşik” adı ilə gəlib 2 manatınızı alırlar)”.

N. Surinin bu sözləri izləyiciləri tərəfindən dəstəklənib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button