Cəmiyyət
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]