Cəmiyyət
Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”
Azərbaycanla Macarıstan arasında ticarət münasibətləri inkişaf edir, lakin bu, potensialı tam əks etdirmir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasında ticarət, energetika, humanitar və digər sahələrdə geniş əməkdaşlıq var: “Ölkələrimiz arasında güclü siyasi dialoq qurulub”.
Nazir 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 % artdığı bildirilib.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]