Ölkə

İcra başçısı bu hərəkətinə görə tənqid olundu

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına ayaqqabı ilə daxil olması müzakirələrə səbəb olub.

Analoq.az xəbər verir ki, məlumatına görə, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətinin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.

Amma Rafiq Cəlilov verdiyi tapşırıqları elə 8 saylı körpələr evi-uşaq bağçasında özü pozub. Belə ki, icra başçısı müavinləri ilə bağçaya gedib. Onlar ayaqqabı ilə uşaq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb (qaynarinfo.az). 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button