Hadisə

Bakıda 1 milyonluq qızıl oğurlanan ev kimindir

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 milyon manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

Analoq.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T. Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75min ABŞ dollarına Göyçay rayon sakini Ə. Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə. Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button