Ölkə

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

İyulun 31-də Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə R. Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button