Rəsmi

Dövlət başçısının Gürcüstan səfərində müzakirə ediləcək mövzular açıqlanıb

İşgüzar səfər çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli əlaqələrin gündəliyində olan bütün vacib məsələləri müzakirə etmək fürsəti olacaq.

Analoq.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, görüşdə hər iki ölkənin regionda sülh və sabitliyin təmin edilməsindəki rolu müzakirə ediləcək.

“Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Bildiyiniz kimi, Gürcüstan və Azərbaycanın yaxın strateji tərəfdaşlığı, yaxşı qonşuluq münasibətləri var. Səfər çərçivəsində Gürcüstanın Baş naziri və Azərbaycan Prezidenti bir tərəfdən ikitərəfli əlaqələrimizin bütün vacib məsələlərini müzakirə etmək fürsəti əldə edəcək. İkitərəfli əlaqələrimizlə bağlı genişmiqyaslı məsələlər var və bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün fürsət olacaq. Müzakirə ediləcək digər vacib mövzu isə regional çağırışlar fonunda iki ölkənin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğu və çoxtərəfli formatlarda, regional çağırışlar fonunda mövcud olan bütün məsələlərdir”, – deyə XİN başçısı bildirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button