DünyaGündəm

ABŞ-da nə baş verir: demokratiya, yoxsa…?

Yaxud, Tramp-Bayden qarşıdurmasında qanunlar kimin tərəfindədir?

Dünya demokratiyasının beşiyi ABŞ-da baş berən hadisələrin çərçivədən çıxması və respublikaçı prezident Donald Trampın demokrat Co Baydenə seçkiləri uduzmasını həzm etməməsi dünya ictimaiyyətində haçalı fikirlər yaratmağa başlayıb. İndi müxtəlif ölkələrin diqqəti Amerikaya yönəlib və bu dəfə hər hansı digər ölkənin siyasi gündəminin, yaxud siyasi idarəçilik müqəddəratının həll olunması deyil, məhz ABŞ-ın mövcudluğu tarixində – özü də ilk dəfə həmin ölkənin siyasi mühitinə xas olmayan daxili hadisələr dünyanın gündəmində yer alıb.

Beləliklə, ABŞ Konqresinin noyabr ayında keçirilən seçki nəticələrinin təsdiq edilməsi üçün toplaşdığı bir zamanda hazırkı prezident Donald Trampın dəstəkçiləri də Vaşinqtonda böyük bir etiraz yürüşü təşkil edərək, bir araya gəldilər. Eyni zamand, onu da qeyd edək ki, həftənin çərşənbə günü Trampın çağırışı ilə toplanan nəhəng kütlə Konqres binasının sədlərini keçərək onun daxilinə qədər irəliləyə bildi. Hətta bəzi etirzçılar senatın baş iclas zalına qədər girsə də, polis gücləri Nümayəndələr Palatasına da daxil olmağa cəhd göstərənlərə atəş açmaq məcburiyyətində qaldı. Həmin vaxt bir etirazçı qadın ağır yaralandı və xəstəxanaya aparılsa da həyatı xilas oluna bilinmədi. Daha sonrakı müddətdə növbəti ölənlərin də olduğu barədə informasiyalar yer almağa başladı.

Yaşanan hadisələr üzündən Konqres seçki nəticələrini qəbul etmək üçün çağırılan iclası bir neçə saatlığına təxirə saldı və təhlükəsizlik tədbirləri reallaşdırıldıqdan sonra iclas öz işinə davam etdi. Artıq Demokrat partiyasının namizədi Co Baydenin seçimləri qazandığını rəsmi şəkildə ratifikasiya edərək, seçki nəticələrinin qətiləşdirilməsi gözlənilməkdədir. Hətta bu yazı işıq üzü görərkən də həmin qərarın verilməsi həyata keçirilə bilər. Lakin…

Vəziyyəti köklü şəkildə dəyişən səbəblər…

Qeyd etmək yerinə düşərdi ki, ABŞ-da normal şərtlər altında hər dörd ildən bir keçirilən prezident seçkişərinin nəticələri səsvermələrdən qısa müddət sonra dəqiqləşir. Seçkilərlə yanvarın 20-dəki andiçmə mərasimi arasında təqribən 2,5 aylıq zamanda seçki nəticələrinə təsir edə biləcək hər hansı bürpkratik əngəllər isə adətən formal xarakter daşıyır, arxa planda saxlanılır və ABŞ-ın seçkilər tarixində bu hadisəyə bənzər ikinci hadisə heç vaxt olmayıb. Məhz bu dəfə Trampın məğlubiyyətini həzm etməməsi, səslərin oğurlanmasına dair sübut edilməyən iddiaları ortaya atması, həmin iddialara respublikaçıların da dəstək göstərməsi vəziyyəti köklü şəkildə dəyişdi.

Bəs nə baş verdi? Hələ hadisələrə qədər olan saatlarda – Konqresdə Baydenin prezident seçilməsi müzakirələri, habelə ştatlarda səs sayımları aparılarkən, Nümayəndələr Palatasının 100-dən çox respublikaçı namizədi və 10-a yaxın respublikaçı senator Trampın seçkilərdə saxtakarlığa yol verilməsi iddiasına dəstək göstərmək məqsədi ilə nəticələrə etiraz edəcəklərini bildirdilər.

Arizonadan başlayan etirazlar Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Viskonsi kimi ştatlara da sıçraya bilər – Vaşinqtonda olanlar isə bəllidir….

Arizonada ilk etiraz həyata keçirildi və səs saymlarına ara verilldi. Bu arada etirazşılar Konqres binasına tərəf axın etdilər və qurum öz işini dayandırmaq məcburiyətinə qaldı. Lakin bu da o demək deyildi ki, Baydenin rəsmən prezident seçkilməsini ratifikasiya edən səsvermə olmayacaq və s.

Digər tərəfdən, hazırkı vaxta qədər respublikaçıların ABŞ-ın neçə ştatında seçki etirazları keçirdikləri, yaxud keçirməyə davam edəcəkləri bəlli deyil. O cümlədən, bəzi respublikaçıların Baydenin cüzi şəkildə üstün olduğunu etiraf etmələrinə rəğmən, bunun da arxasında saxtakarlıqlara yol verildiyini bəyan etmələri hətta komendan saatının tətbiq edilməsinə rəğmən etirazlara davam edəcəklərini bildirmələri vəziyyəti mürəkkəbləşdirir. Arizina, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Viskonsi kimi kritik ştatlarda etirazların davam edəcəyi vurğulanır.

Yeri gəlmişkən, xatırlada bilərik ki, Tramp 2016-cı il seçkilərində Nevada xaric, adıçəkilən altı ştatın beşində seçkiləri qazanmışdı. Ancaq Bayden bu il bütün bu əyalətlərdə nəticələri öz lehinə çevirməyi və prezident seçkiləyi bacardı. Konqres qanunlarına görə, ştatların seçki qurumlarında verilən səslərin təsdiqlənməsi əlifba sıralaması ilə həyata keçirilir. Bir ştatdakı nəticənin təkrar dəyərləndirilməsi üçün ediləcək etirazın ən azı bir nəfər Nümayəndələr Palatasının təmsilçisi və ən azı bir senator tərəfindən edilməsi lazımdır.

“Washington Post” qəzetinin yazarı David Ignatius Tramp tərəfdarlarının etirazdan silahlı qarşıdurmalara gedəcəklərini istisna etməyib

Etirazların başlamasının ardınca Nümayəndələr Palatası və Senat özlərinə aid olan ayrı-ayrı salonlarına gedərək vəziyyəti dəyərləndirirlər. Dəyərləndirmənin müddəti isə iki saatdan artıq olmamalıdır. O cümlədən, hər təmsilçinin ən çox beş dəqiqə çıxış etmək haqqı var. Bundan sonra isə səsvermə işləmlərinə başlanılır. Burada etirazın qəbul edilməsi üçün çoxluq tələb olunur. Ancaq bu ana qədər Trampın iddialarına dəstək verəcək nəticələrə etiraz edəcəyini söyləyən Konqres təmsilçilərinin sayı çoxluq qarşısında azlıqdadır. Bu mənada da etirazların rəddedilməsi qəti olaraq görünməkdədir.

Bu arada, “Washington Post” qəzetinin yazarı David Ignatius Tramp tərəfdarlarının etirazdan silahlı qarşıdurmalara gedəcəklərini istisna etməyib. O Trampın mümkün qarşıdurmaları bəhanə edərək ölkə içində hərbçilərin yerləşdirilməsi üçün prezidentə yeki verən 1807 tarixl bir qanunu ortaya atacağı mümkünlüyünü də bildirib. Həmçinin qeyd edib ki, Tramp həmin qanundan yararlanaraq altı kritik ştatda idarəçiliyə əl qoya biləcəyi və seçkilıəri təkrarlatdıra biləcəyi istiqamətində iddialarda olacağını da istisna etməyib.

Digər tərəfdən, ABŞ-ın keçmiş müdafiə nazirləri də adıçəkilən qəzetdə məqalə ilə çıxış edərək, Müdafiə Nazirliyini, ordunu seçim etməməyə, konstitusiyaya bağlı qalmağa, əsasən də Trampın qərar və təlimatlarını icra etməməyə çağırıblar.

Bütün bunlar isə vəziyyətin ktirik həddə çatdığı ABŞ-ın – demokratiya beşiyinin həqiqətənmi demokratik dəyərlərə sadiq qalıb-qalmaması ətrafında çoxsaylı suallar yaradır.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button