Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır – şəffaflıq heç kimə qarşı yönələ bilməz . Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransı zamanı səsləndirib.
Onun sözlərinə görə, amerikalı və avropalıların bəyanatlarında sıfır arqumentasiya gördük: Arqumentsiz bəyanatlar qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin, Avropa qanunu ilə yanaşı, dövlətçiliyimizin əsas prinsipini – Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir”.
Baş nazir vurğulayıb ki, Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəklər: “QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT ilə təbliğatı ilə məşğul olurlar”.
“Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın, Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar”, – deyə Baş nazir bəyan edib.report
Analoq.az