Aktual

Avtobuslarda cibgirliklə məşğul olan şəxslər tutuldular

Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrutda 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb

Analoq.az xəbər verir ki, avtobuslarda cibgirliklə məşğul olan şəxslər tutularaq istintaqa cəlb edilib. Onlardan Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrutda 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət əşyaları, Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda müxtəlif məbləğlərdə pul və mobil telefonlar oğurlayıblar.
Polis tərəfindən bir neçə şəxsin, o cümlədən 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət əşyalarının və mobil telefonların satıldığı ünvanlar müəyyən edilərək sahibinə qaytarılması təmin edilib.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
http://https://www.youtube.com/watch?v=6M-6tQ0nQ3w

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button