Hikmət Hacıyev: Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur
Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
Analoq.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabındakı paylaşımında bildirib.
“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan və boz zonalardan azad edilmiş bütün suveren ərazilərində Novruz tonqalları ilə qeyd olunur. Necə deyərlər, Oyun Bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”, – paylaşımda qeyd edilib.
Analoq.az