GündəmMüsahibəSiyasət

Rusiya və Ukrayna arasında niyə sular durulmur? – FUAD QARAYEV şərh edir!

Rusiya – Ukrayna münasibətlərində 2014-cü ildən bəri ilk dəfə dəfədir ki, belə gərginlik müşahidə olunur. 7 ildən sonra yenidən vəziyyətin kəskinləşməsi təsadüfdürmü?!

Ən birinci buna şərait yaradacaq tutarlı səbəblərə nəzər salaq:

  • Ukraynanın NATO ilə təlimlərə başlamaq istəyi ilk növbədə Rusları tədbir görməyə məcbur etdi.

“Parçala və hökm sür” siyasətinin fəsadları hər halda özünü göstərməli idi. Realist addımlar atan rəsmi Kremlin cavabı özünü çox gözlətmədi. Necə deyərlər, “ən gözəl müdafiə hücumdur” taktikası birbaşa tətbiq olundu. Yəni, Rusiya tərəfi oturub gözləməyə ehtiyac görmədi.

  • Okeanın o tayından təzyiqlərin çoxalması, Ukraynaya verilən vədlər Krım qaytarılmasına az-çox ümidlər yaradıb.

Onsuz da, Bayden Administrasiyasının əvvəldən mövqeyi bəlli idi. ABŞ – Rusiya arasında intriqanın yaşandığı bir vaxtda əlbəttə, ya Yaxın Şərq, ya da Şərqi Avropa məsələsinin aktuallaşacağı gözlənilən idi. “Belarusiya” kartını Rusiyaya uduzan Avropa Ukraynanın siyasi-regional imkanlardan istifadə edib, bölgədə vəziyyəti qarışdırmaq istəyir. Türkiyənin timsalında NATO təhlükəsini yaxşı başa düşən Rusiya Qara Dənizə yeganə çıxışı olan Krımı heç bir vəchlə güzəştə getmək istəməz.

  • Cənubi Qafqaz regionunda gedən son proseslərin məsələyə müəyyən təsiri oldu, desək yanılmarıq. Düzdür, ciddi ağırlığa malik deyil, amma hər halda qeyd etmək vacibdir.

Azərbaycanın 44 günlük müharibədən qalib çıxması Zelinski hakimiyyətində müəyyən ümidlər yaradıb. Bir məqam var ki, əgər müharibə başlasa, Rusiya “öz torpaqları” uğrunda savaşa başlayacaq və heç bir bir addım da geri çəkilmə olmayacaq. İstənilən halda, Qarabağ Krım deyil.

Bəs müharibənin başlama ehtimalı nə qədərdir desək?!..
Rusiya prezidentinin mətbuat katibi Peskov’un açıqlamasında bildirilir ki, “Sərhədboyu ərazilərə silah-sursatın daşınması Rusiyanın öz şəxsi işidir və heç kim buna qarışa bilməz.”
Bu açıq mesajdır ki, qarşı tərəfin cüzi “ehtiyatsızlığı” bütün danışıqlar prosesini məhv edəcək və kompromis olmayacaq.

Avropanın aparıcı tribunalarından səsləndirilən bəyənatların Rusiya üçün əhəmiyyəti yoxdur. Ona görə gərginlik ən pik həddədir.

Amma, vəziyyətin pisləşməsi və müharibəyə dönüşməsi ehtimalı cüzidir. Çünki, Ukrayna və müdafiəçiləri kimlə üz-üzə gəldiyini çox gözəl anlayır və bu riskin gözə alınması böyük toqquşma ehtimalını aşağı salır. Alovun soyuyacağı gözləniləndir. Gərginləşən vəziyyətin gələcək münasibətlərə mənfi təsiri isə istisnasızdır. 

Ukraynanın yeganə və ən optimal çıxış yolu ərazisində sabitlik əldə etməyə çalışmağıdır. İki cəbhənin müharibə meydanına çevrilməkdənsə, danışıqlar prosesinin artırılması mövcud vəziyyət üçün ən yaxşı haldır.

Şərhçi Fuad Qarayev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button