Siyasət

Bayden genosid adı altında erməniləri necə aldatdı-40 il əvvəlki tarix TƏKRARLANDI

Bayden “genosid” sözünü işlətdi, amma əslində ortada olan nədir?

1. O, bu vasitə ilə ermənilərə sözün əsl mənasında kələk gəldi. Yəni “vədimin üstündə dayandım” dedi. Çünki 40 il əvvəl Ronald Reyqan da “genosid” tipli fikir səsləndirmişdi və Amerika, yaxud digər ölkə prezidentlərinin şəxs olaraq bu ifadəni işlətmələri heç bir hüquqi şərt daşımır. Çünki beynəlxalq məhkəmə də saxta soyqırımı iddialarını rədd edir!

2. Baydenin ermənilərə gəldiyi kələyin ən diqqət çəkən məqamı isə budur: o, Osmanlı İmperiyasını ittiham etdi və bununla da müasir Türkiyənin məsuliyyət daşımadığına eyham vurdu.

3. İndi ermənilərin Türkiyə Cümhuriyyətindən “kompensasiya” tələb etməyə hüquqları yoxdur, çünki (!) Osmanlı İmperiyası mövcud deyil. Eləcə də yuxarıda qeyd etdiyim kimi, beynəlxalq məhkəmə bu iddianı dəfələrlə rədd edib.

4. Bayden isə bu ifadəni işlətməklə Türkiyə kimi müttəfiqinin etimadını itirmiş oldu. Türkiyənin NATO çərçivəsində Amerikaya verdiyi dəstəyi əsaslı şəkildə azalacaq, hətta Ankara bu qurumu tərk edərək, Turan Birliyinin təsisi ideyasını sürətləndirəcək və nəticədə
ABŞ-ın Yaxın Şərq siyasəti kökündən axsayacaq.

5. Türkiyə uzun illər ABŞ-ın strateji müttəfiqi olduğuna görə münasibətlərini pozduğu region ölkələri ilə siyasətinə yenidən baxacaq, düzəlişlər edəcək. Ankara regionda daha müstəqil hərbi-iqtisadi və diplomatik siyasət həyata keçirəcək. İncirlik hərbi bazasının fəaliyyətinə əsaslı məhdudiyyətlər qoyulacaq – ta ki, bağlanması tələbinə qədər.

6. Saxta soyqırımı iddialarının ifşa olunması məsələsində Ankaranın arxiv sənədlərini açmasına hüquqi şərait yaranacaq. Çünki günahsızlıq prezumpsiyasını tətbiq etmək ixtiyarına sahibdir. Bunun üçün isə beynəlxalq məhkəmənin qərar verməsi mümkünlüyü görünür.

7. Saxta soyqırımı iddiaları hüquq çərçivəsində saxtakarlı qismində sübuta yetirildikdə və beynəlxalq məhkəmə bununla bağlı qərar verərsə, “erməni genosidini” tanıyan ölkələr və parlamentlər Türkiyəyə mənəvi təzminat ödəməli olacaqlar.

8. Və ən əsası, Ermənistan bununla özünü əbədi olaraq regional təcridə saldı və bundan sonra ərazi iddialarını ortaya atanda daha sərt cavablar altında əziləcək. Yəni Ermənistan bu məsələdə uduzdu və zatən heç nə əldə edə bilmədi. Üstəlik, özü ilə bərabər, ona qahmar çıxan tərəfləri də çətin duruma doğru sürükləmiş oldu.

Rövşən Rəsulov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button