Gündəmİqtisadiyyat

Yeni azad iqtisadi zonaları yaradıla bilər

Vüqar Bayramov: "Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatı formalaşdıracaq"

Azərbaycan Prezidenti “İqtisadi Zonaların İnkişafı Agentliyi”nin yaradılması haqqında fərman imzalayıb. İqtisadiyyat Nazirliyinin tabeliyindəki fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.
İqtisadi Zonaların İnkişafı Agentliyə niyə ehtiyac vardı?
Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək. Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müsasir infrastrukturunun formalaşması bu sahədə imkanları daha da genişləndirir.
Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına re-inteqrasiyası baxımından da vacibdir.

Vüqar Bayramov, millət vəkili

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button