Dünya

Türk hərbiçiləri Azərbaycana gəlir

Türkiyə Parlamenti Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun qəbul edib. Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib. Parlamentin iclasında Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səslənib. Sənədin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 8 millət vəkili çıxış edib.

TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.

Çıxışlarda Azərbaycanın müzəffər ordusunun qələbəsindən, hakimiyyət, xalq və ordu birliyindən qürurla bəhs olunub. Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib. Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button