DünyaSiyasət

Tramp koronavirusa baxmayaraq, bu qərarı verdi

Ağ Ev koronavirus pandemiyasına baxmayaraq, 4 İyul Müstəqillik Günündə genişmiqyaslı tədbirlər planının keçirilməsini təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico”nəşri yazıb.

Nəşrin məlumatına görə, 1776-cı il Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümünü geniş şəkildə qeyd etmək fikri şəxsən Prezident Donald Trampa məxsusdur. O, iyulun 4-də Vaşinqtonda bayram atəşfəşanlığı keçiriləcəyini və kütlənin qarşısında çıxış edəcəyini söyləyib.

Plana görə, Ağ Evin qarşısında estafetlər, müsabiqələr və hərbi nümayişlər keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Demokrat Partiyasından olan qubernatorların bir hissəsi bayramın keçirilməsinə qarşı çıxmışdı.

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2 milyondan çox COVID-19-a yoluxma faktı aşkar edilib. Ölkə yoluxma (2 297 190 nəfər) və ölüm (121 407 nəfər) sayına görə dünyada birinci yerdədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button