BannerSiyasət

Zelenskini öldürmək üçün Ukraynaya KƏŞFİYYAT göndərilib

Rusiya Ukrayna rəhbərliyini aradan götürmək üçün Ukraynaya yeni terror qruplaşmaları göndərirlər. Bu dəfə onlar “vaqnerçilər”dən formalaşıblar. Bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bu gün Putinə yaxın yaraqlı növbətçi qruplaşması kimi tanınan “vaqnerçilər”in silahlı qrupları Ukraynaya gəlməyə başlayıb. Yevgeni Priqojinin rəhbərlik etdiyi həmin qruplaşmanın qarşısına qoyulan vəzifə Ukraynanın siyasi-hərbi rəhbərliyini məhv etməkdir”, – kəşfiyyatın məlumatında vurğulanır. İddiaya görə, hədəfdə Vladimir Zelenski, Andrey Yermak və Denis Şmıqaldır.

Kəşfiyyatçıların məlumatına görə, Putin növbəti hücumları həyata keçirməyi öz azsaylı etibarlı adamlarından biri olan Priqojinə şəxsən sifariş edib. Əvvəlki bütün cəhdlər uğursuzluqla və terrorçuların məhvi ilə başa çatıb.

Kəşfiyyat əmin edir ki, Ukrayna ordusu, xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları Kremlin planlarından yaxşı xəbərdardır.

Bundan əvvəl Ukrayna prezidentinə ən azı 10 dəfə sui-qəsd cəhdi planlaşdırılması haqda iddialar yayılıb. Zelenskinin aradan götürülməsinin Çeçenistandan gələn “kadırovçular”a tapşırıldığı da iddia edilirdi/lent.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button