Hadisə

SON DƏQİQƏ: DSX-nın helikopteri qəzaya uğradı, ölənlər var

Bu gün saat 10:40-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bildirilbi ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button