AktualÖlkə

9-cu Qlobal Bakı Forumu başlayır

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayır.

Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Tədbirdə 53 ölkədən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndələr, o cümlədən sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. 9-cu Qlobal Bakı Forumuna onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə qatılıb. Panellər formasında təşkil olunan tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılacaq. Qlobal Forumda Cənubi Qafqazda dayanıqlı inkişaf barəsində aparılacaq müzakirələrdə mina probleminə də geniş yer veriləcək, Qarabağda aparılan geniş quruculuq işlərindən bəhs olunacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button