AktualŞikayət

Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər ilin başlanğıcında cari illrlə bağlı yeni və əhəmiyyətli qərarlar verməsi ənənəvi xarakter alıb. Əslində, bu cür qərarlar yalnız Respublikamızın iqtisadi deyil, ədəbi, mədəni, sosial və s. sahələrinin tərəqqisinə böyük töhfələr verir. Belə töhfələrdən biri də əlbəttə ki, Azərbaycanın flora və faunanın inkişafına bağlı yönələn reallıqdır. Məhz bu baxımdan, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam qeyd edilən faktoru əhəmiyyətli dərəcədə əhatə edir.

Analoq.az yenigundem.az saytına istinadən xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Məhz sözügedən prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Analoq.az xəbər verir ki, bu kimi mühüm Sərəncam yalnız yaşıllıq mühitinin mühafizəsinə deyil, həm də bütövlükdə müxtəlif ərazilərdə yaşayan insanlarımızın təbii yaşam tərzlərinin yaxşılaşdırılmasına öz səmərəsini verir və əlbəttə ki, sözügedən Sərəncam faunamızın qorunmasına əvəzsiz töhfələrini verməkdədir. İstər şəhər, istərsə də regional mühitlərdə Sərəncam haqqında kifayət qədər mülahizə və rəylər irəli sürmək mümkündür.

Ancaq gəlin-görək, ölkəmizdə fəaliyyət göstərən müvafiq qurumların hər birimi dövlət başçısının Sərəncamlarını ciddi qaydada duqqətə alır?

Dost saytların birindən əldə etdiyimiz informasiyaya görə, Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar, eləcə də Nəriman Nərimanov rayonuna aid olan bələdiyyə sözügedən məsələdən ya xəbərsizdirlər, ya da…

Məlumata görə, artıq Nəriman Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alıb və sözün əsl mənasında yaşıl soyqırımıns çevrilib.

YeniGündem saytının yazdığına görə, Bakı şəhərinin Nərimanov rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik (!) 17 ədəd (!!!) zeytun ağacı kəsilərək sadəcə məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ( bu hələ bizim saydığımız rəqəmdir – Analoq.az) ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi məlum olub.

Fəqət biz, ağac və s. yaşıllıq nümunələrinin köçürülmələrinin müsbət nəticə vermədiyindən də xəbərdarıq.

Daha dəqiq desək, illərcə eyni torpaq ərazisindən qidalanan yaşılıq nümunəsinin yeri dəyişdirilərkən onun həyatda qalma ehtimalı kifayət qədər azalır.

Beləliklə, müraciət olunduqda adıçəkilən tikinti şirkətindən dost sayta birdirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə qanunsuz sövdələşmələr aparılıb, bilavasitə (!) bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb. O cümlədən, məlum olub ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir. Bəli, bu həmin Təmraz “müəllimdir” ki, uzun illər YAP Nərimanov rayonunun sədri vəzifəsini icra edib, üstəlik hakim partiyanın və xalqın adına müvafiq olmayan fəaliyyəti ilə seçilib. Vəzifə hərisliyi isə bitib-tükənmək bilmir… Ancaq kimləri isə aldatmaq olar, amma Prezident Sərəncamına qarşı çıxmaq artıq heç bir müstəviyə sığmayan cəhətdir.

Analoq.az yenigundem-ə istinadən onu da qeyd edir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə edilən rəsmi sorğuya cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Eyni zamanda, tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciətin olunduğu da bildirilib.

Nəticə olaraq biz də inanır və ümid edirik ki, ağackəsmə ilə məşğul olaraq yaşıllığa, oksigen-flora və faunaya qəddarcasına qənim kəsilən bələdiyyə sədrinin – Təmraz “müəllimin” qanunsuz əməllərinə hüquqi qiymət veriləcək.

Analoq.az

P.S. Fakt isə budur: paytaxtımızda gözlənilən və dünyanın gözü olan “COP 29” ilində adıçəkilən rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır. Bizdən reallığı və faktı ortaya qoymaq qalırsa, biz bunu media olaraq öhdəsindən gəlirik, bəs cənab Prezident İlham Əliyevin verdiyi mühüm Sərəncamla bağlı hansı müvafiq dövlət qurumları məşğul olmalıdır? Bu barədə növbəti materialımızda çıxış edəcəyik. MÜTLƏQ!!!


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button