AktualBannerManşet

Tanınmış jurnalist deputatların maaş artımına qarşı sərt münasibət bildirdi – VİDEO

Tanınmış jurnalist Rövşən Rəsulov Milli Məclis deputatlarının, ombudsmanın və s yüksək vəzifəli struktur çalışanlarının əmək haqlarının tez-tez artırılmasına, eləcə də Aqil Abbasın bəzi deputatların çox çətin sosial vəziyyətdə yaşamaları ilə bağlı fikirlərinə sərt münasibət bildirib. Analoq.az xəbər verir ki, “Tik-Tok” səhifəsindən çıxış edən Rövşən Rəsulov Aqil Abbasa təklif edib ki, o “pis vəziyyətdə” yaşayan deputatların adlarını açıqlasın və onları az əmək haqqı alan, həm də sosial vəziyyətləri aşağı olan jurnalistlərlə müqayisə etsin.

Rövşən Rəsulov təklif edib ki, deputatlar bir neçə aydan bir özləri öz maaşlarını artırmaq barədə qərar verərkən bir dəfə də dövlətin maraqlarını qoruyan, əqidə və vicdanla çalışan jurnalistlərin əmək haqları ilə bağlı çıxışlar etsinlər. Belə ki, media dörduncü hakimiyyət olaraq hər zaman və deputatlardan da artıq dövlət maraqlarını qoruyur, düşmənlərlə informasiya müharibəsində mübarizə aparırlar.
Tanınmış jurnalistin video-çıxışını təqdim edirik.

https://vt.tiktok.com/ZSd3rcXaD/?k=1

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button