Hadisə
Neftçala rayonunda zəlzələ olub
Qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib
Yanvarın 14-da Şirvan stansiyasından 50 kilometr cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 17:45-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3 bal olan zəlzələ hiss edilməyib.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]