Siyasət

Ostin Qallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını müzakirə edib.ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ostin və Qallant telefon danışığı aparıb. Tərəflər əsir mübadiləsi razılaşma prosesini, humanitar yardım səylərini və İsrailin Rəfah şəhərinə gözlənilən quru hücumunu müzakirə edib.

Ostin bütün əsirlərin azad edilməsinə dair şərtsiz öhdəliklərini təkrarlayaraq, bölgədəki yardım işçilərinin və mülki şəxslərin təhlükəsizliyini təmin edərək Qəzzəyə humanitar yardım axınının artırılmasının vacibliyini vurğulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button