Dünya
Bolqarıstan Prezidenti və baş naziri karantinə alınıb
Bolqarıstan Prezidenti Rumen Radev, baş nazir Kiril Petkov və bir neçə nazir Təhlükəsizlik Şurasının iclasından sonra karantinə alınıb. Belə ki, parlamentin spikeri Nikolay Minçevdə koronavirus aşkarlanıb.
Dövlət rəsmiləri ehtiyat tədbiri olaraq özlərini təcrid ediblər. Onların hamısının 7 gün ərzində özünütəcrid rejimində qalması planlaşdırılır. Baş nazirin yerinə onun müavini Kalina Konstantinova tədbirlərdə iştirak edəcək/Report
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]