Məryəmin ağ qan xəstəliyinə qalib gəlməsi üçün dəstək ol!

Musayeva Məryəm 21.10.2021-ci il tarixində Kəskin Leykoz Limfoblast ALL diaqnozu qoyulub və qardaş Türkiyə Cümhuriyyətində müalicənin daha effektiv olduğunu nəzərə alaraq, Üsküdar Altunizade Acıbadem xəstəxanasına, qohumlarının köməkliyi ilə və öz ailə büdcəsi hesabına müalicə üçün aparılmışdır. 5 aydır kimya terapiya müalicəsi alır və aylıq ödənişi 10,000 ABŞ dolları (17,000AZN) təşkil edir. Artıq Məryəmin müalicəsi “sümük iliyi köçürülməsi” ilə başa çatmalıdır.

“Qanyaradıcı” kök hüceyrə köçürülməsi üzrə müalicə metoduna “sümük iliyi köçürülməsi” deyilir. Uşaq sümük iliyi transplantasiyasının müalicəsi zamanı müxtəlif mənbələrdən əldə edilən “hematopoetik” – “qanyaradıcı” kök hüceyrələr müxtəlif səbəblərlə ehtiyacı olan xəstələrə qan köçürülməsinə oxşar şəkildə verilir. Məryəmin donoru qardaşıdır. Əməliyyatın baş tutması üçün daha 70.000 ABŞ dolları ianəyə ehtiyyac duyuruq.

İanə və daha ətraflı məlumat üçün

Home

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]
Back to top button