Ölkə

Hava şəraiti ilə əlaqədar Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, məlumatda vurğulanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button