Ölkə

Milli Cəbhə Partiyası 8 Noyabr – Zəfər Günü ilə bağlı Bəyanatı

“Azərbaycan xalqı Zəfər Gününü qeyd edəcək. Bu möhtəşəm, qürurlu, şərəfli zəfərin təməli 2 il öncə, 27 sentyabr 2020-ci ilin səhər saatlarında qoyuldu. Ermənistan silahlı qüvvələri cəbhə boyu genişmiqyaslı təxribata başladı. Bu, artıq Azərbaycanın səbrini daşıran son damla idi.

30 illik danışıqlar, sülh cəhdindən sonra Azərbaycan sonradan birlik rəmzi olaraq “Dəmir yumruq” adlandırılan əks hücum əməliyyatına start verdi. Və 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dövlət-xalq-ordu birliyinin məntiqi nəticəsi olaraq Ermənistan ordusu darmadağın edildi, işğalda olan Azərbaycan torpaqları azad edildi. Noyabrın 8-də Şuşanın azad olunmasıyla Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti qəbul edib təslimiyyətə imza atdı.

Lakin bu şanlı qələbə mübarizənin sonu deyildi. Bundan sonra Azərbaycanın düşmənləri və onların içimizdəki agenturası daha da azğınlaşdılar.

Düşmənlərimiz hər cəhdlə ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Lakin əbəs yerə. Bu gün Azərbaycan siyasi arenada da döyüş meydanında olduğu kimi gərgin, doğru, əzmkar mübarizə aparır və burada da zəfər qaçılmazdır. Çünki bu gün Azərbaycanda müharibə zamanında olduğu kimi xalq-dövlət-ordu dəmir yumruq kimi birdir, güclüdür, sarsılmazdır. Bu birliyi heç bir güc poza bilməz.

Milli Cəbhə Partiyası Azərbaycan xalqını, Azərbaycan Ordusunu və ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevi bu tarixi qələbə münasibətiylə təbrik edir.

Bu möhtəşəm, qürurlu gündə torpaqlarımız, vətənimiz uğrunda canından keçən bütün şəhidlərimizi dərin sayqıyla anırıq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button