Ölkə

Dövlət Quruculuğuna Dəstək İctimai Birliyinin Fransa Senatının qətnaməsi ilə əlaqədar etiraz bəyanatı

DQD İB Fransa Senatının 15 noyabr 2022 ci il Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar etiraz bəyanatı yaymışdır.Bəyanatın tam mətnini dərc edirik.

” Məlum olduğu kimi, Fransa Respublikası Parlamentinin üst Palatası olan Senat 15 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına və onun rəhbərliyinə qarşı sanksiyaların tədbiq edilməsinə dair Qətnamə qəbul etmişdir. Müəllifi ermənipərəst senatorlar Bryüno Refaya, Patrik Kaneri, Ernyu Marsi, İlliana Sassi, Kristian Kambey və Jilber Lündvikar olan bu sənəddə Azərbaycan Respublikasının rəhbər şəxslərinin əmlakının müsadirəsi və dövlətimizin neft-qaz təhcizatı üzərində qadağa qoyulmasına dair mümkün imkanların baxılması təklif edilmişdir. Bununla yanaşı, Senat öz Qətnaməsində Azərbaycandan Ermənistanın işğal edilmiş torpaqlarının təxirəsalmadan boşaldılmasını, Dağlıq Qarabağda humanitar ofisin yaradılmasını, Ermənistana hərtərəfli, o cümlədən hərbi yardım edilməsini, Dağlıq Qarabağda yaşayan ermənilərin və Ermənistanın təhlükəsizliyini təmin edəcək təminat yönümlü tədbirlərin Fransa hökuməti tərəfindən görülməsini təklif etmişdir.

2020-ci ildə Dağlıq Qarabağ Respublikasının tanınması Qətnaməsinin müəllifləri kimi yadda qalmış bu ermənipərəst senatorların təqdim etdiyi Qətnamənin hüquqi əsasları kimi Fransanın 26 iyun 1945-ci ildə qəbul etdiyi Konstitusiyasının 34.1-ci maddəsi, BMT-nin Nizamnaməsi, Şimali Atlantika Alyansının 4 aprel 1949-cu il tarixli Müqaviləsi, bütün irqi diskriminasiya növlərinə qarşı 4 yanvar 1969-cu il tarixdə qəbul edilmiş Beynəlxalq Konvensiya, BMT-nin Baş Assambleyasının 60/1 saylı 16 sentyabr 2005-ci il tarixli Bəyanatı və Azərbaycanla Ermənistan arasında 9 noyabr 2020-ci ildə bağlınmış anlaşma əsas götürülmüşdür. Səsverməyə bir gün qalmış, sənədlərin təqdim edilməsi Protokoluna uyğun olaraq, Azərbaycanın Fransadakı səfiri bölgədəki vəziyyəti əsaslı surətdə əks etdirən və tərəflərin hüquqi durumunun təfərrüatlarını tam izah edən sənədləri Senata təqdim etmişdir. Buna baxmayaraq, Senat məlum Qətnaməni qəbul etmiş və bununla da Fransanın beynəlxalq aləmdəki, ziddiyyət dolu siyasi nüfuzuna xələl gətirərək, onun yürütdüyü siyasətin sülhməramlı və ədalətli olmasını bir daha şübhə altına aldırmışdır. Qarşıdan gələn Parlament seçkiləri ərəfəsində erməni lobbisinin manipulyasiyalarına uyaraq, Senatın qəbul etdiyi bu Qətnamənin tövsiyəvi xarakter daşımasından başqa, heç bir hüququ yoxdur. Belə ki, istənilən ölkəyə qarşı Qətnamədə təklif edilən tədbirlərin görülməsi yalnız Fransa hökumətinin səlahiyyətindədir. Bununla belə, Fransa Senatının bu təxribat yönümlü Qətnaməsi siyasi əhəmiyyətə malikdir.

Tarixə nəzər yetirsək, məlum olduğu kimi, 11 yanvar 1920-ci il tarixdə Parisdə keçirilən Beynəlxalq Konfransın Ali Şurasında Azərbaycan dövləti tam ərazi bütövlüyü ilə, yəni Qarabağla Zəngəzur da daxil olmaqla dünya ölkələri və o cümlədən Fransa tərəfindən rəsmən olaraq de-fakto tanınmışdır. Bu tarixi olay Fransa rəsmilərinə bəllidir. Bununla yanaşı, 1992-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20% torpaqlarının işğal edilməsinə qarşı və ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı BMT-nin erməni qoşunlarının Kəlbəcərdən geri çəkilməsini tələb edən 30 aprel 1993-cü il tarixli 822 saylı, Ağdamdan geri çəkilməsini tələb edən 29 iyul 1993-cü il tarixli 853 saylı, Füzuli, Cəbrayıllı və Qubadlıdan geri çəkilməsini tələb edən 14 oktyabr 1994-cü ii tarixli 874 saylı və Zəngilandan geri çəkilməsini tələb edən 12 noyabr 1993-cü il tarixli 884 saylı Qətnamələri Fransa Senatorlarına yaxşı məlumdur. Bunu bilərək siyasi təxribat yönümlü Qətnamə qəbul etmələri, Fransızların növbəti dəfə beynəlxalq hüquq normalarını və bu səfər Azərbaycan dövləti ilə arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” 20 dekabr 1993-cü il tarixdə bağladığı Müqavilənin 2-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliklərini kobudcasına pozmasından xəbər verir. Belə ki, bu maddəyə əsasən tərəflər öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün, öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər.

Fransa dövlətinin beynəlxalq hüquq normalarını aşması, onun müasir tarixində müxtəlif acınacaqlı faktlarla məlumdur. Uydurma erməni soy qırımını tanıyan Fransa, Afrika qitəsinin ən böyük dövləti olan Əlcəzairdə, 1830-1962-ci illərdə işğal etdiyi dövr ərzində, soyqırımı etmiş və 1,5 milyon insanı qətlə yetirmişdir. 1994-cü ildə Ruandada Tutsi qəbiləsindən olan 800 mindən çox insanı qətlə yetirmişdir. Fransanın Afrika qitəsində həyata keçirdiyi bu kimi soy qırımlarına veriləsi siyasi qiymət və bundan irəli gələrək görüləcək tədbirlər, beynəlxalq gündəmdə açıq məsələ olaraq qalır.

Dövlət Quruculuğuna Dəstək İctimai Birliyi Fransa Senatının Azərbaycan Respublikasının müstəqilliyinə və onun ərazi bütövlüyünə qarşı qəbul etdiyi Qətnaməsini pisləyir və bundan irəli gələrək

Bəyan edir

Fransa senatının 15 noyabr 2022 ci il qətnaməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını bəyənir və Azərbaycan Respublikası hökümətinə verdiyi təklifləri tam dəstəkləriyik.
Ölkə ictimaiyyəti, qeyri hökumət təşkilatları və xarici ölkələrdə fəaliyyət göstərən milli diaspora təşkilatlarımız, Fransa Senatının qəbul etdiyi bəyanata etiraz olaraq, müvafiq tədbirlər həyata keçirsin.
Fransanın Afrika ölkələrində törətdiyi soyqıırımları ilə bağlı,kütləvi informasiya vasitələrində tarixi faktların işıqlandırılmasına,ictimai müzakirələrin keçirilməsinə və mövcud mətbu materiallarının dərc edilməsinə önəm verilsin.
Fransanın Afrika ölkələrində törətdiyi soyqırımlarını tanınmasına yönəlmiş və aidiyyati beynəlxalq qurumlar tərəfindən bu məsələnin müzakirəyə alınmasını təmin edəcək imza toplama (Petissiya) kompaniyaları keçirilsin.
Fransa Respublikasının əlamətdar günləri ilə bağlı ölkəmizdə keçirilən ictimai tədbirlər məhdudlaşdırılsın.
Azərbaycan Respublikasında fəaliyyət göstərən Fransadan olan qeyri hökumət təşkilatlarının fəaliyyəti dayandırılsın.
Fransa istehsalı olan xalq istehlakı mallarının alışı və satışı məhdudlaşdırılsın.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xristian və yahudu dini konfessiyalar tərəfindən Fransanın islamafobiya siyasətini pisləyən ictimai tədbirlər həyata keçirilsin.
Azərbaycanın dövlətçiliyi və ərazi bütövlüyü ilə bağlı olan tarixi dərclərin rus,ingilis və sair dillərlə yanaşı, fransız dilində də dərc edilərək, onlayn platformalar üzərindən beynəlxalq məkanda geniş yayımlanmasına önəm verilsin.

Azərbaycan,Rusiya və Ermənistan arasinda imzalanan 10 noyabr 2020 ci il tarixlii bəyannaməsində Tərəflər arasında razılaşdırılmış “Zəngəzur dəhlizi”nin açılması və kommunikasiyaların bərpasından imtina edən Ermənistan dövlətinə cavab olaraq Laçın dəhlizinin bağlanması məsələsi gündəmə gətirilsin.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button