Ölkə

Baləkəndə erməni xaçına bənzər gül dirəkləri-FOTO

Balakən rayonunda şəhər mərkəzində səkilərin ortasında xaça bənzər dəmir dirəklər basdırılıb. Bu dirəklərin gül dibçəkləri asmaq üçün nəzərdə tutulduğu deyilsə də hələ orada gül dibçəyi görən olmayıb. Dirəklər isə əhalinin başını yarmaq, gözünü çıxarmaq kimi fəsadlara yol açır. Bu haqda tanınmış jurnalist, ictimai xadim Zeynəddin Həsənli də öz feysbuk səhifəsində ciddi narahatlığını ifadə edib. Jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Balakəndə piyadalar üçün nəzərdə tutulan səkinin eni 1 metrdir. Ortada da erməni xaçına oxşayan, gül dibçəkləri asmaq üçün dəmir dirəklər quraşdırılıb. İndiyədək bu dirəklər ən azı 100 nəfərin başını yarıb, gözünü şikəst edib. İcra başçısı İslam Rzayevə desəm də tədbir görməyib. Z.H”

Qeyd edək ki, məlum dirəklər nasist-faşist Almaniyasının xaçına və mənfur düşmənimiz olan erməni Qriqoryan kilsəsinin xaçına da bənzəyir. Əgər bu dirəkulər gül üçün nəzərdə tutulubsa onu səkkiz guşəli milli rəmzlərimizin formasında da düzəltmək olardı. Ələlxüsus da ki, bu xaçın üstündə gül yoxdur və əhaliyə xəsarət yetirir. Ola bilsin Balakən Rayon İcra hakimiyyətinin aidiyyatı işçiləri bu məsələyə aydınlıq gətirəcəklər. Baləkən rayon icra hakimiyyətiylə əlaqə yaradıb məsəıəyə münasibət öyrənmək istəsək də buna nail ola bilmədik.

Analoq.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.ziyalilar.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button