Ölkə
Azərbaycan səfiri Finlandiya Prezidenti ilə görüşüb
Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədov bu ölkənin Prezidenti Sauli Niinistö ilə görüşərək etimadnaməsini təqdim edib. Bu barədə səfir tviter hesabında yazıb.
“Mən Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Azərbaycanı Finlandiyada təmsil etməkdən şərəf və qürur duyuram”, – səfir sosial şəbəkə hesabında yazıb.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]