Siyasət

Paşinyan Azərbaycan üçün hər şey edir – QALIR SON ADDIMI ATMAQ

Bir neçə gün əvvəl Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşdirilməsi məsələsindən danışarkən maraqlı bir fikir səsləndirib. O bildirib ki, Azərbaycan Ermınistan sərhəddinin müəyyənləşdirilməsi məsələsinin Qarabağ probleminə aidiyyəti yoxdur.

Sözsüz ki, Sergey Lavrovun bu fikrində iki məqam gizlənir. Birincisi – Qarabağ problemi Azərbaycanın daxili işidir və bunun Azərbaycan-Ermənistan arasındakı sərhəd probleminə dəxli yoxdur. İkincisi – Qarabağ problemi həll edilməyib və Qarabağ ermənilərinin taleyi ilə bağlı müvafiq qərar olmalıdır.

İkinci məqamla bağlı rəsmi Bakının mövqeyi aydındır və problem artıq həll olunuş hesab olunur. Doğrudur tək Ermənistan və Rusiya yox, ABŞ da, Fransanın timsalında Avropa da Qarabağın yekun statusu barədə nələrəsə ümidlidir.

Burada incə məqam ondan ibarətdir ki, rəsmi Yerevan hər vasitə ilə Qarabağ yükündən azad olmaq istəyir. Və bunun üçün hər şey edir. Bu dolayısı ilə də olsa Azərbaycanın maraqlarına cavab verir. Sözüz ki, indiki şəraitdə Kremlin Qarabağ ermənilərini həm Azərbaycandan, həm də Ermənistandan təcrid olunması siyasətini aparması müşahidə olunur. Əlbəttə ki, bunun kökündə Rusiyanın maraqları dayanır. Rəsmi Bakı isə buna müəyyən mənada göz ymmaqda davam edir. Çünki Qarabağ ermənilərinin Ermıənistandan təcridi Azərbaycanın maraqlarına uyğundur.

Qarabağ ətrafında gedən bu proseslər isə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsi fonunda baş verir. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhəddində baş verən eskalasiya daha çox diqqət mərkəzindədir. Amma regionda yeni reallıqların yaranması mexanizmi də öz işindədir. Və Ermənistanın baş naziri bu mexanizmin işləməsi üçün əlindən gələni edir.

Erməni mənbələrinin məlumatın agörə, Nikol Paşinyanın qərarı ilə Yerasx-Azərbaycan sərhədi dəmir yolunun və dəmir yolunun Meğri hissəsinin bərpası proqramı çərçivəsində işlərin səmərəli aparılması üçün işçi qrup yaradılıb.Qərara uyğun olaraq, işçi qrupunun rəhbərinə üç aydan bir görülən işlər barədə Baş nazirə hesabat vermək tapşırılıb. Baş nazirin müşaviri, baş nazirin qərarı ilə Meqriyə ezam olunmuş Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan işçi qrupunun rəhbəri təyin edilib.

Xatırladaq ki, Paşinyan dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Ermənistanın Sünik rayonundan keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşmanın təsdiqləndiyini bildirib.

Bununla bağlı Paşinyan hökumətin iclasında bildirib: “Brüsseldə keçirilən görüşdə Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə müəyyən edilib və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlənib”.

Paşinyan onu da əlavə edib ki, Türkiyə ilə effektiv dialoq qurulsa, sərhəd və kommunikasiyaların açılmasına nail olunsa bu layihə böyük əhəmiyyət kəsb edə bilər.

Nəzərə alaq ki, Türkiyə Ermənistanla münasibətlərin qurarkın rəsmi Bakı ilə müəyyən məsləhətləşmələr aparır. Deməli Paşinyanın atdığı addımlar Azərbaycanın maraqlarına cavab verir.

Qalıq Paşinyanın atacağı son addım. Bu Azərbaycanın ərzi bütövlüyünü tanımaqdır. Buna mane ola biləcək yeganə güc isə Rusiyadır.

Asəf Quliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button