Siyasət

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, – nazirlikdən bildirilib.

Qeyd ediblər ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button