Siyasət

Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri – Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, – o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button