ÖlkəSiyasət

Pakistanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – YENİLƏNİB

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

Analoq .az xəbər verir ki, Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

Analoq.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button