Dünya

ABŞ-da koronavirusu araşdıran tədqiqatçı müəmmalı şəkildə öldürüldü – Təfərrüat

ABŞ-ın Pittsburq universitetində yeni koronavirusun mənşəyini araşdıran tədqiqatçı alim müəmmalı şəkildə ölüb.

Koronavirusun mənşəyi ilə bağlı araşdırma aparan professor Binq Liu bir neçə gün əvvəl müəmmalı şəkildə ölüb. 37 yaşlı Liunun cəsədi mayın 2-də Pittsburqun şimalındakı Ross Tounşipdəki şəxsi evində tapılıb. Mediada yayılan məlumatlara görə, güllə onun başına və boynuna dəyib.

Binq Liunun ölümü ilə bağlı birmənalı qarşılanmayan məqam Çində anadan olması və koronavirusun mənşəyi ilə əlaqədar əhəmiyyətli kəşflər etmək ərəfəsində olması olub.

Pittsburq universiteti onun ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Binq Liu araşdırmaları zamanı hüceyrə mexanizmlərini anlamaq üçün vacib tapıntılar əldə edib.

Ölümündən sonra Çinin “Weibo” sosial media istifadəçiləri onun bəzi fikirlərini sosial mediada yayıblar.

“Ola bilsin ki, virusun Amerika laboratoriyasında yarandığına dair nəticəyə gəlmişdi”, – deyə çinli sosial media fəalı yazıb.

Bir çox istifadəçi onun ölümünün koronavirusun mənşəyi ilə bağlı tapıntıları ilə əlaqəli ola biləcəyini söyləyib.

Son günlərdə koronavirusunun mənşəyi ABŞ və Çin arasında ən çətin məsələlərdən biri olub. ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin Uhan şəhərindəki laboratoriyada meydana gəldiyi fikrini səsləndirirlər.

Bunun əksinə olaraq bəzi Çin institutları koronavirusun yayılmasında ABŞ hərbi qüvvələrini ittiham edib: “ABŞ-ın Gürcüstan, Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Özbəkistan və Qazaxıstanda bioloji silahlar istehsal edən laboratoriyaları niyə var? Bu laboratoriyalar bioloji müharibə üçündür?”

Çin dövlət mediası ABŞ ordusunun Merilenddəki İnfeksiya Xəstəlikləri Araşdırma Mərkəzinin 2019-cu ilin iyul ayında bağlandığını da bildirib: “Bu hadisənin virusun yayılması ilə əlaqəsi yoxdur? Cəmi bir ay sonra ABŞ-da qripin yayılması başladı. Bu iki məsələ bir-biri ilə əlaqəli deyilmi?”Eastnews.org

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close