Kateqoriyasız

Mehriban Xanlarova: “Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır”

"Zeynəb xanım özünü yaxşı hiss edir və hər şey yaxşıdı"

Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır.

Bu barədə Analoq.az saytına Z.Xanlarovanın qardaşı qızı,Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, Z. Xanlarova sağ-salamatdı özünü yaxşı hiss edir:”Zeynəb xanım nə Amerikada nə də başqa ölkədədi,Bakıdakı evində ailəsinin yanındadı.Bu xəbəri yayanlara,bu xəbəri görüb sevinənlərə nə deyim, bilmirəm.Mən anlaya bilmirəm ki, bəzi şəxslər Zeynəb Xanlarova və onun ailəsindən nə istəyirlər.Zeynəb xanım böyük sənətkardı və bunu hamı bilir.Amma nədənsə bəziləri həzm edə bilmir,oturub bu cür yazı yazılar.Heçkimin ixtiyarı yoxdu,Zeynəb xanımı, ailəsini və onu sevənləri belə ucuz xəbərlərlə üzsün.Zeynəb xanımın səhhəti yaxşıdı,inşallah karantin bitsin yarımçıq qalmış işlərini həll edəcək.Sağlıq olsun böyük sənətkarı səhnədə görəcəyik”.

Məlumat üçün bildirək ki,Bu gün səhər saatlarında bir neçə xəbər saytlarında eyni zamanda sosial şəbəkələrdə Xalq artisti görkəmli müğənni və ictimai xadim Zeynəb Xanlarovanın ölüm xəbərləri yayılmışdı.

Turan Etibaroğlu
Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close